Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Avtandil Məmmədov: “Liviya və Suriya əməliyyatlarında ABŞ kəşfiyyatı Türkiyə SQ-na dəstək verir” - Müsahibə

Reklam: Sinerji Pro

Enerji məsələləri üzrə ekspert Avtandil Məmmədovun Yenicag.az-a müsahibəsini təqdim edirik:

– Avtandil müəllim, Avropaya enerji nəqlinin önəmli nöqtəsi olan Yaxın Şərqdə gərginliklər yenidən baş qaldırmaqdadır. Qaynaq nöqtə bu dəfə Liviyadır. İndi savaş nəyin uğrundadır?

– Neft qiymətləri yüksək olanda geosiyasi oyunlar Liviya nefti uğrunda idi. Öz karbohidrogen ehtiyatları olmayan Türkiyə təbii, bu prosesdən kənarda qala bilməzdi. Üstəlik Liviyanın rəsmi  höküməti ideoloji baxımdan Türkiyənin hakim partiyasl  AKP üçün  cəlbedicidir. Söhbət Milli etimad hökumətindən və “Müsəlman qardaşları”ndan gedir. Marşal Xəlifə Həftər isə 2011-ci ilə qədər 20 il mühacirətdə yaşadığı ABŞ-dan incikdir, Frunze adına Hərbi Akademiyda oxuduğu  Rusiyaya meyllidir. Yadınıza gəlirsə, Türkiyə ilə Rusiya arasında hərbi-siyasi toqquşma 2020-ci il fevralın 28-də Suriyada başladı, sonra Liviyaya keçdi. Prosesə baxsaq, karbohidrogen ehtiyatların hələ də qlobal münaqişələrin mərkəzində dayandığını görmək mümkündür.

– Türkiyənin ABŞ-la konflikti isə  S-400-lərə görə, Rusiya ilə Liviya neftinə görə idi. Sİzcə,  “büçbicaqda” qalib kim olacaq – neft, yoxsa S-400-lər?

– Yaxşı sualdır, ancaq dəqiqləşdirmələrə ehtiyac var. Türkiyə S-400-ləri təbii qaz məsələsinə görə alıb. Ankaranın S-400-ləri almaq qərarı hər şeydən öncə Türkiyənin Yunanıstanla Kipr yaxınlığındakı qaz yataqlarının istismarı zamanı yarana biləcək konfliktdə daha geniş manevr imkanları qazanmaq istəyindən yaranıb.

Türkiyə Yunanıstan  hərbi hava qüvvələrinıə qarşı  Patriot-larla  deyil, S-400-lərlə  bir önləyici hərəkət etməsi ilə, ABŞ-ın nəzarətindən kənar gücünü göstərə bilərdi.  Sualınıza gəlincə, qələbə nə neftin, nə də S-400-lərin olmaya bilər. Çünki Liviyada Ramazan bayramından sonra durum bir qədər də gərginləşəcək.

Doğrudur, tez-tez eşitsiyimiz bir belə də bir  versiya var ki, Türkiyənin S-400 almasının  səbəbi güya ABŞ-ın Patriot raketlərinin satışından imtina etməsi olub. Mənim fikrimcə, bu məcburi “diplomatic nəvaziş” yaranan bir versiyadır.  Əsl məsələ Kipr yaxınlığındakı təbii qaz yatağı ilə birbaşa bağlıdır. Həqiqətən bir şox səbəbdən Türkiyəyə Patriot satışı  məsələsini ABŞ Konqresindən keçirmək  şox  çətin bir addım idi. ABŞ-ın xarici ölkələrə silah satması 1976-cı ildə qəbul olunan qanunla tənzimlənir. Qanunun 2753-ci böləsinə  görə prezident xaricə silah satışı üçün Konqresdən razılıq almalıdır. Ancaq həmin bölmənin başqa  bir bəndində  (bənd d-2-C) göstərilir ki, ABŞ-ın təhlükəsizliyinin təmin edilməsi və fövqəladə vəziyyətlərdə prezident Konqresdən razılıq istəməyə bilər. Suriyadaki vəziyyəti əsas tutaraq, Türkiyə Prezident Tramp ilə  bunu əsaslandıra  bilərdi,   belə presidentlər var,  president silah satışı müqaviləsini Konqresdən razılıq almadan omzalayır. Yənin bir sözlə, satıcınln daxili prisedurunu alıcı bəhanə gatirib bu alqı-satqıdan boynunu qaçırdı.  Dediklərimin dolayı sübutu isə  Türkiyə siyasilərinin, eləcə də mediasının “ABŞ Türkiyəyə həsəd apardığı üçün Patriot raketlərini satmır” ritorikası idi.   Bu çox yanlış yanaşma idi və nəticələri göz qabağındadır. Buna görə də Patriot razılaşmamasının əldə edilməməsinin bütün məsuliyyətini ABŞ-ın üzərinə yükləmək doğru deyil.

– Rusiya mediası yazır ki, unikal silah olan S-400-lərin alternativi yoxdur. Sizcə, Türkiyə bir tərəfdən də bu təbliğatın qurbanıdırmı?

– S-400-lər haqqında belə fikirləri  yalnız diletantlar  səsləndirə bilər.   Həm S-400, həm Patriot istehsalçı ölkənin hava və raket hücumundan müdafiə taktikasına uyğun hazırlanıb.  Yəni bu silahlar fərqlidir və onları müqayisə etmək qüsurludur. ABŞ-ın hava və raket hücumundan  “Layered defense” (təbəqələnmiş müdafiyə)  konsepsiyası müdafiə görə, yerüstü qüvvələrin əməliyyatları zamanı düşmən qüvvələrin hava hücumlarını raketlərlə yox aviasiya ilə dəf etmək lazımdır. Patriot qısa mənzilli  ballistic raket hücumlardan, yaxın məsafəli diğgər raketlərdən qorunmaq üçün təyinatlandırılır.    Pilotsuz aparatlar və helikopterlər digər aerodinamik hədəflərə qarşı  isə Avanger kimi  sistemlər  nəzərdə tutulur. Mən orta mənzili nüvə raketlərindən və qitələrarası nüvə roketlərindən müdafiə sistemləri haqıında danışmıram,  bu  geniş və başaqa bir mövzudur.  Rusiya ordusunun ABŞ kimi nəhəng hərbi aviasiyası yoxdur, ona görə də düşmən tərəfin hərbi aviasiyasını öz aviasiya ilə zərərsizləşdirmə taktikası Rusiya üçün  optimal sayıla bilməz. Bundan başqa, geniş miqyaslı quru sərhədləri spesifik müdafiə tələb edir və S-400 bu konsepsiya əsasında yaradılıb. Bayaq dediyim kimi, hər istehsalçı ölkə silahları öz gerçəkliklərinə uyğun hazırlayıb. Tez-tez vurğulayırlar ki, S-400 400 km uzaqlığı vura bildiyi üçün unikaldır. Ən azı 2 səbəbdən bu, yanlış yanaşmadır. Birincisi, S-400-ün radiolokasiya qurğusu 400 km uzaqlıqdakı  yalnız nəhəng bombarduman və rabitə təyyarələnini  təyyəraləri və əgər onlar  hündürdən uçarsa seçə bilmə qabiliyyətindədir.Yəni radioüfüq dediyimiz bir məhdudiyyət var.   İkincisi, uzaqlıq məsələsində ABŞ-ı heyrətləndirmək  mümkün deyil – onların SM-3 Block IIA-i 2500 km uzaqlıqda 500-700 km hündürlükdəki hədəfi vura bilir. Hal hazırda orduda istifadədədir.

– ABŞ S-400-lərin NATO hava hücumundan müdafiə sisteminə uyğunsuzluğunu və F-35-lərə təhlükə yaratdığını əsas gətirərək Türkiyəni F-35 proqramından uzaqlaşdırıb. Bu iddiaları əsaslı sayırsınızmı?

– S-400-lər müstəqil daha doğrusu tam “muxtar” (tədric olunmuş)  qaydada istifadə olunarsa  NATO texnologiyaları  üçün heç bir təhlükə törədə bilməz.

Ancaq S-400-lərin NATO-nun hava hücumundan müdafiə sisteminə inteqrasiyası gerçəkdən də mümkün deyil bu  çoz böyük təhlükə yarada bilər. Sadə bir misal çəkim… NATO qüvvələri taktiki səviyyədə qarşılıqlı informasiya mübadiləsini Link-16 sistemi ilə həyata keçirirlər. Link-16  çox mürəkəb, euni dərəcədə də mükəmməl bir analoqu olmayan informasiya mübadiləsi sistemidir. ABŞ-ın  MİL-STD-6016 standartı ilə hayihələndirilib.

Açıq mətbuatda dərc olunan texniki göstəricilərinə görə  bu mürəkkəb mübadilə sistemi 300 mil – təqribən 480 km- uzaqlıqda ultrayüksək  tezlikdə (960-1215MHz) çalışır.  Dalğaların vurulmasının   və  məlimata  müdaxilənin qarşısının alınması üçün ötürülən  systemin tezliyi hər  13 millisaniyədən bir, şifrələr isə hər gün dəyişdirilir.   Əgər informasiya qəbulu iştirakçılarından hansısa sıradan çıxsa, şifrə onun avadanlıqlarından avtomatik mesajla silinir.  2020-2021-ci illərdə  relief və məsafə baryerini  tamamilə aradan qaldırılan xüsusi peyk ötürücülərin sınaqdan keçirilməsi planlaşdırılır. Məsələn, bu sistem pilotsuz kəşfiyyat uçaqlarının Patriotun vura bilmədiyi məsafədə aşkar etdiyi halda  hədəf haqqında bilgiləri, eyni zamanda görüntünü raket sisteminə ötürə bilir, eləcə də Patriot sistemindən məlimat  almasını təmin edir. Link -16 NATO-nun  istifadə etdiyi şəbəkəmərkəzli müharibə kopsepsiyası çərçivəsində istifadə etdiyi   olnarca diğər texnologilardan biriidr.  Ona görə də nə ABŞ, nə də digər NATO ölkələri Rusiya istehsalı olan S-400-lərin bənzəri   texniki müharibə infrastrukturasına  inteqreasiyasını arzulamır.

– Türkiyə Liviyada xəlifə Həftərin pilotsuz qurğularına uğurlu həmlələr edir. Martda isə Türkiyə ordusu Bəşər Əsəd ordusunun zenit-raket sistemlərini sıradan çıxarmışdı. Bütün bunlar haqqında danışdığınız NATO sistemləri olmadan belə Türkiyənin müstəqil hərbi əməliyyatlar keçirmək gücündədir. Siz razı deyilmisiniz, Türkiyə şəbəkəmərkəzli müharibə kopsepsiyası çərçivəsində yaradılmış texnologiyalardan asanlıqla imtina edə bilərmi?

– Yox, razı deyiləm. Şəbəkəmərkəzli kopsepsiyadan tədric olunmuş müharibə keçmişdə qaldı.    Bugünlər Liviyada, martda Suriyada baş verənləri Türkiyə Silahlı Qüvvələrinin birmənalı uğuru kimi qiymətləndirməmək mümkün deyil. Ancaq bu döyüşlərdə pilotsuz qurğulardan geniş və sözün əsl mənasında,  uğurlu istifadə ABŞ-la Türkiyənin qarşılıqlı əlaqələrindən xəbər verir. Mənə elə gəlir, ən azı kəşfiyyat məlumatları səviyyəsində qarşılıqlı əlaqələr var. Söhbət ABŞ kəşfiyyatının bir bölümü olan Milli Geoməkan Kəşfiyyatı Agentliyi (National Geospatial-Intelligence Agency, NGA).  vasitəsilə əldə edilən informasiyalardan gedir. Büdcəsinin 5 milyard ABŞ dollar  olduğu  təxmin edilən (rəsmən,  bu qurumum budcəsi dövlət sirridir, dərc onunmur), 14 500-dən artıq rəsmi əməkdaşı ilan   bu agentlik ABŞ və NATO hava missiyasının planlaşdırılmasında  ən mühüm rolu oynayır.

Pilotsuz qurğuların fəaliyyətindən də görünür ki, Türkiyənin hərbi əməliyyatlar zamanı məkanla bağlı dəqiq kəşfiyyat bilgisi olub. Geoməkan kəşfiyyatı  məlumatları olamdan  olmadan Türkiyə belə bir uğur qazana bilməzdi.

Son olaraq  Milli Geoməkan Kəşfiyyatı Agentliyinin  sloqanını hallandırmaq istərdim: “Dünyanı öyrən,  yol göstər”

Aygün Muradxanlı

www.yenicag.az

4398