!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avto-detalların yerli bazarlarda QİYMƏT ARTIMI: "Rusiya zavodlarında istehsal dayandıqdan sonra..." - RƏY

!Reklam – Yazi

“Rusiyanın bu ölkələrdə olan zavodların fəaliyyətlərini dayandırana qədər həm istehsal, həm də daşıma xərcləri daha ucuz başa gəlirdi”.

Bu sözləri avtomobil detallarının yerli bazarlarda yaşana biləcək qiymət artımına münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, Rusiyanın xaricdə yerləşən zavodlarında istehsalları dayandıqdan sonra detallar Almaniya, Yaponiya və digər ölkələrdən gətirilir:

“Avtomobil hissələri əsasən Rusiya və Çindən ölkəyə idxal edilir. Həmçinin detallar avtomobillərin istehsal sənayesinə uyğun olaraq Almaniya, Yaponiya, Koreya və digər ölkələrdən idxal imkanları nəzərə alınır. Almaniya. Yaponiyada idxal olunan avto-detalların sayında artımın əsas səbəbi ondan ibarətdir ki, Rusiyanın adıçəkilən ölkələrdə avtomobil istehsal zavodları var idi. Rusiya ilə Qərb arasında münasibətlərin kəskinləşməsi fonunda həmin zavodlar fəaliyyətini dayandırdı.

Bu ölkələrdə olan zavodların fəaliyyətlərini dayandırana qədər həm istehsal, həm də daşıma xərcləri daha ucuz başa gəlirdi. Üstəlik MDB məkanından gələn avtomobillərdə rüsum nisbətən aşağı idi. Buna görə də detal və avtomobillər daha əlverişli qiymtələrlə ölkəyə gəlirdi.

Rusiyanın sözügedən zavodlarında istehsalları dayandıqdan sonra detallar Almaniya, Yaponiya və digər ölkələrdən gətirilir. Bunun da mümkün xərcləri baha başa gəlir. Yaponiyadan idxal edilən detallar uzun məsafə qət etdiyinə və nəqliyyat sistemlərində bəzi problemllərin olduğuna görə daha çox xərc əmələ gəlir. Belə ki, limanlar arası problemlər daşınma xərclərinə daha çox təsir etməkdədir. Bütün rüsum və xərcləri nəzərə alsaq, avtomobil detallarının qiymətində artımın yaşanması mümkündür”.

Yusif Səmədzadə

www.yenicag.az

255
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv