!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtobusda qadının bahalı telefonu oğurlandı - ANBAAN VİDEO

!Reklam – Yazi

Fevralın 4-də paytaxtın Yasamal rayonu ərazisində sərnişin avtobusunda vətəndaşa qarşı soyğunçuluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, naməlum şəxslər avtobusda olan qadın sərnişinin əlindən dəyəri 2 900 manat olan “iPhone 12” markalı mobil telefonunu soyğunçuluq yolu ilə alıb hadisə yerindən yayınıblar.

Zərərçəkənin şikayəti əsasında Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Cəlil Hacağayev və Ələddin İsrafilov saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı 26-cı Polis Bölməsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Cəlil Hacağayev və Ələddin İsrafilov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, “102” Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

www.yenicag.az

433
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv