!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - VİDEO

!Reklam – Yazi

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı rayon ərazisində avtobuslarda cibgirliklə məşğul olan şəxs saxlanılıb.

Yenicag.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, tədbir nəticəsində əvvəllər də eyni cinayətlər etdiyi üçün dəfələrlə məhkum edilmiş paytaxt sakini Konstantin Qneuşev tutulub. Aparılan araşdırmalar zamanı onun Suraxanı rayonu ərazisində hərəkət edən avtobuslarda əsasən qadın sərnişinlərin əl çantalarını və mobil telefonlarını oğurladığı məlum olub.

Faktlarla bağlı 32-ci Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis orqanına, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

www.yenicag.az

443
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv