!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtomobil Baydenin kortejinə çırpıldı

!Reklam – Yazi

Dekabrın 17-də axşam Delaver ştatında Bayden ailəsi seçki qərargahını tərk edərkən naməlum avtomobil ABŞ prezidenti Co Baydenin kortejinə çırpılıb, xəsarət almayıb.

Yenicag.az xəbər verir ki, bu barədə The Hill məlumat yayıb.

Hadisənin şahidlərinin sözlərinə görə, Bayden seçki qərargahından zirehli maşınına tərəf gedərkən Delaver dövlət nömrə nişanlı gümüşü sedan prezidentin kortejini qoruyan park edilmiş avtomobilə çırpılıb. Hadisə bazar günü yerli vaxtla saat 20:07-də Uilminqton şəhərinin mərkəzində baş verib.

İnsidentdən sonra sedan hərəkətini davam etdirməyə çalışsa da, tezliklə təhlükəsizlik əməkdaşları tərəfindən mühasirəyə alınıb. Agentlər silahlarını çıxararaq ona əllərini yuxarı qaldırmağı əmr ediblər.

Baydeni arvadının artıq oturduğu maşına mindiriblər və sürətlə Uilminqtondakı evlərinə aparıblar.

Heç kimin xəsarət almadığı və hadisənin ABŞ prezidentinin iş qrafikinə təsir etmədiyi bildirilir./qaynarinfo

www.yenicag.az

113
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv