!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtomobil bazarında rəqəmsalın gücü artır

!Reklam – Yazi

Avtomobil istehlakçılarının böyük qismi satınalma prosesi zamanı elektrikli nəqliyyat vasitələrinə üstünlük verirlər.

Yenicag.az “Haberturk”ə istinadən bildirir ki, bununla bağlı beynəlxalq konsaltinq və audit şirkəti olan “EY Mobility Consumer Index” (MCI 2022) araşdırmasının nəticələrini açıqlayıb.

Araşdırmaya görə, bütün avtomobil müştərilərinin 57 faizi və elektrikli avtomobil müştərilərinin 60 faizi növbəti avtomobillərini dilerdən almağı planlaşdırdıqlarını bildiriblər. Avtomobil istehlakçılarının 60 faizindən çoxu alış-verişdən əvvəl və satınalma mərhələsində diler ziyarətinə üstünlük verir, 63 faizi isə məlumat toplamaq üçün diler əlaqəsinə üstünlük verir. Eektrik avtomobilləri sahəsində yeni təşəbbüslər isə bazarın köhnə oyunçularını təcrübə mərkəzləri üçün ruhlandırır.

“EY Mobility Consumer Index” şirkətinin 2022-ci il üçün araşdırması göstərir ki, bugünkü istehlakçılar bütün sektorlarda fasiləsiz rəqəmsal müştəri səyahəti tələb edir. Ekspertlərin fikrincə, brend şirkətlər öz fəaliyyəti çərçivəsində rəqəmsal istifadəyə daha çox üstünlük verməlidirlər.

Gülşən

www.yenicag.az

273
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv