!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtomobil bazarında yeni CANLANMA: “Ehtiyat hissələri daha rahat tapılan və...”

!Reklam – Yazi

“Ən çox təlabatlı olan avtomobillər arasında isə istehsal müddəti 15-20 il olan maşınlar üstünlük təşkil edir”.

Bu fikirləri son zamanlar bazarda avtomobil çoxluğu və bahalaşma tendesiyası haqda danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, yaz və yay aylarında həmişə avtomobillərin qiymətində artım müşahidə edilir:

“Yaz və yay aylarında həmişə avtomobillərin qiymətində artım müşahidə edilir. Burada müəyyən mənada insan faktoru rol oynayır. Bu aylarda insanların maddi rifahının nisbətən yüksəlməsi qış ayları ilə müqayisədə alıcılıq qabiliyyətini də bir qədər artırır.

Biz idxaldan asılı ölkə olduğumuz üçün bütün qiymətlər xaricdən gətirilən qiymətlər üzərində tənzimlənir. İkinci əl avtomobillər arasında ən çox tələbat Rusiya istehsalı olan maşınlaradır. Ən çox təlabatlı olan avtomobillər arasında isə istehsal müddəti 15-20 il olan maşınlar üstünlük təşkil edir. Eyni zamanda, hansı avtomobillərin ehtiyat hissələri daha əlçatandır, prespektivlidir və servisləri varsa, onlara daha çox maraq göstərilir.

Bu maşınlar bazara çıxarılan zaman onların xüsusi alıcıları çıxır. Bahalaşmanın digər səbəbi isə, xaricdən gətirilən avtomobillərin yol, sənədləşdirmə xərcləri və alış yerində olan bahalaşma tendesiyaları ilə əlaqələndirilə bilər. Bu da alıcılığa müəyyən qədər təsir göstərən amillərdir”.

İsmayıl Bakuvi

www.yenicag.az

406
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv