!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtomobil parkının YENİLƏNMƏSİ: "Mərkəzi Bank tərəfindən avtokreditlərlə sərbəst yanaşma..." - Ekspert

!Reklam – Yazi

“Ölkə başçısının sərəncamı ilə yaradılan işçi qrup hibrid və elektromobillərin ölkəmizdə təşviq olunmasına yönəlik böyük işlər görür”.

Bu sözləri Azərbacanın avtomobil parkındakı vəziyyəti dəyərləndirən nəqliyyat eksperti Eyyub Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkəmizdə avtomobil parkının yenilənməsinə çoxdan ehtiyac var:

“Hələ 2019-cu ildə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası həyəcan təbili çalaraq ölkə avtoparkının vəziyyətinin kritik olduğunu açıqlamışdı. Hətta bununla bağlı statistik hesabat aidiyyatı qurumlara da təqdim olunmuşdu. Dövlət qurumlarının bu çağırışa reaksiya verməsi sevindirici haldır. Bu gün məlum problemlə bağlı dövlət ilə özəl sektor arasında müzakirələr aparılır. Hətta ölkə başçısı İlham Əliyevin “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Priorotetlər” adlı 2 fevral 2021-ci ildə imzaladığı sərəncamda 5-ci bənd “Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi” adlandırılıb. Bu bəndlə bağlı hazırda işçi qrup fəaliyyət göstərir.

Mənim də üzvü olduğum işçi qrup məhz ekoloji təmiz avtomobillərin – hibrid və elektromobillərin – ölkəmizdə təşviq olunmasına yönəlik böyük işlər görür.

Güman edirəm ki, avtomobil parkımızın yaxın illərdə yenilənməsinin şahidi olacağıq. Sözsüz ki, bu elə də asan iş deyil. Lakin bu proses mərhələli şəkildə baş tutacaq. İlk olaraq banklara Mərkəzi Bank tərəfindən avtokreditlərlə sərbəst yanaşma icazəsi verilməlidir. Bundan sonra parkımızın yenilənməsi və ekoloji təmiz avtomobillərin artımını müşahidə edə bilərik”.

Gülşən Şərif

www.yenicag.az

326
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv