!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtomobil qaçıran şəxs saxlanıldı

!Reklam – Yazi

Yasamal rayonu ərazisindən VAZ-2107 markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini M.Həmidov saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinə mayın 13-də rayon ərazisindən Bakı şəhər sakini S.Əliyevə məxsus VAZ-2107 markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum M.Həmidov müəyyən edilərək saxlanılıb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

www.yenicag.az

368
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv