!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtomobil sənayesi sahəsində DURQUNLUQ: “Bu məhsulun istehsalı bazarda rəqabəti artıra bilər” - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycanda avtomobil istehsal olunsa da, bu istiqamətdə uğur əldə edilməyib”.

Bu sözləri Rusiyanın “Sollers” avtomobil şirkətinin “Azərmaş”la yüngül kommersiya avtomobillərinin istehsalı məqsədilə imzaladığı müqaviləyə münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, Rusiya şirkətləri məlum səbəblərdən dolayı Avropa bazarlarına çıxış imkanını itirdiyi üçün kənar bazarlara üz tuturlar.

“Bildiyimiz kimi, Naxçıvanda “Naz Lifan” avtomobilləri istehsal olunur. Neftçala Sənaye Məhəlləsində Özbəkistan “Chevrolet” avtomobillərini istehsal etmək niyyətindədir.

Ölkəmizdə avtomobil sənayesinə rast gəlmək mümkün olsa da, Azərbaycan bu istiqamətdə uğur əldə edə bilməyib. Bunun bir çox səbəbləri vardır: istehsal edilən avtomobillərin keyfiyyət standartları, qiymətlərin əlçatan olmaması, logistika xərclərinin yüksək olması, idxal edilən avtomobillərə rüsum məsələləri  və s.

Məsələn, Türkiyə və İranda yerli avtomobil istehsalını artırmaq məqsədilə ölkəyə idxal olunan avtomobillərə yüksək miqdarda rüsumlar tətbiq edilir. Həmçinin ölkədə avtomobil istehsalında daha çox yığıma üstünlük verilir. Yəni lazımi detallar xaricdən idxal olunduğu üçün məhsula əlavə rüsum daha az tətbiq edilir.

Avtomobillərin azı 30 faiz detalları yerli istehsal olmalıdır. Buna görə də Azərbaycan avtomobil sənayesində formalaşa və ciddi rəqabət mühitinə daxil ola bilmir.

Rusiya şirkətinin Azərbaycana investisiya yatırım və əməkdaşlıq istəyi müsbət hadisədir. Qeyd etmək lazımdır ki, son zamanlar məlum səbəblərdən Rusiya şirkətlərinin Avropa bazarlarına məhsul çıxartması istiqamətində problemlər yaşayır. Bu səbəbdən bu şirkətlər kənar bazarlara, xüsusən şərq və cənub bazarlarına istiqamətləniblər. Eyni zamanda “Sollers” şirkətinin bu addımı ölkəmizin maraqlarına uyğundur. Düşünürəm ki, nəticə etibarilə sözügedən şirkət Azərbaycana hər hansısa investisiya yatırımı etmək istəyirsə, fizibilite araşdırması həyata keçirərək hesablamalar edib. İstənilən halda ölkəmizdə bu məhsulun istehsalı və keyfiyyəti yüksək olarsa, bazarda rəqabəti artıraraq alıcıların diqqətini cəlb edəcək. Eyni zamanda da bu əlavə iş yerlərinin açılmasına da şərait yaradacaq”.

Yusif Səmədzadə

www.yenicag.az

432
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv