!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtomobil şüşələri ilə bağlı yeni qərar, şikayətlər, cərimələr: "25 faizdən çox olsa..." - AÇIQLAMA

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, sabahdan nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minəcək.

Yeni qaydalara əsasən, nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə 15 santimetrdən çox olmamaq şərti ilə plyonka çəkilməsinə yol verilir. Lakin nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşələrinə, habelə sürücüdən solda və sağda yerləşən ön qapıların şüşələrinə örtüklərin çəkilməsinə yol verilmir.

Sosial şəbəkələrdə bəzi şəxslər bu barədə müxtəlif şikayətlərini dilə gətiriblər. “Facebook” platformasında vətəndaşlardan biri bildirib ki, avtomobilinin ön oturacağının şüşələrində örtük yoxdur, amma şüşənin öz rəngi tünddür. Həmçinin, sözügedən şəxs qeyd edib ki, bu məsələ ilə bağlı ona cərimə yazılıb.

Əgər, şüşənin rəngini maşın şirkətinin özü tünd hazırlayıbsa, vətəndaşa cərimə yazıla bilər? Ümumiyyətlə, ön oturacaqların şüşələrinə niyə örtük taxmaq olmaz? Hansı hallarda cərimə tətbiq olunur?

Bütün bu məsələlərlə bağlı Yenicag.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, yeni qərar vətəndaşların xeyrinə atılmış bir addımdır:

“Bu çox normal bir prosesdir. Əgər avtomobil brendinin özü tünd rəngli şüşələrlə maşınları satışa çıxarıbsa, burada müəyyən faiz məsələləri var. Heç bir halda, ön oturacağın şüşəsinin tündlüyü 25 faizdən çox ola bilməz. Bu cür problemlərlə üzləşən vətəndaşlar avtomobillərinin şüşəsini dəyişdirməlidir. Azərbaycan Respublikasında “Yol Hərəkəti Qaydaları”, “İnzibati Xətalar Məcəlləsi” mövcuddur və həmin qanunlar əsasında qərar qəbul edilir”.

E. Cəfərov əsassız şəkildə cərimə olunan şəxslər haqqında onu vurğulayıb ki, belə problemləri qanun çərçivəsində həll etmək mümkündür:

“Əgər siz belə halla üzləşmisinizsə, Dövlət Yol Polisinə müraciət edin. Bundan əlavə, “902” qaynar xəttinə də zəng edərək şikayətinizi bildirə bilərsiniz. Heç birindən nəticə ala bilməsəniz, qeydiyyat ünvanınız üzrə məhkəməyə müraciət edin”.

Şahanə Paşa

www.yenicag.az

889
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv