Reklam

Reklam

yol-polisi-qezaLənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq və təhqiqat şöbəsinin müstəntiqi Elmar Quliyevin verdiyi məlumata görə, hadisə mayın 3-də saat 22.30 radələrində Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Lənkəran rayonunun Şürük kənd sakini, 1982-ci il təvəllüdlü Zamiq Mehman oğlu Səfərov idarə etdiyi “Mitsubishi Pajero” markalı, 90-BA-411 dövlət nömrə nişanlı minik avtomobili ilə Ələt istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan velosipedçi, Lənkəran şəhər sakini, 1982-ci il təvəllüdlü Raqib Ramiz oğlu Səfərovu vurub. R. Səfərov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı DİN BDYPİ-nin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 67
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."