!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtomobil yollarının hazırkı vəziyyəti - SİYAHI

!Reklam – Yazi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının hazırkı vəziyyəti barədə məlumat yayıb.

Yenicag.az yollardakı son durumlıa bağlı siyahını təqdim edir:

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi: Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisində zəif qar yağır, yol qardan təmizlənib, qum-duz səpilib. 3-4 dərəcə şaxta var. 22 dekabrda Xınalıq yolunda 10-12 sm qar yağıb, yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda qeyd olunan ərazidə külək var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Giləzi-Xızı: Qar yağır, 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənir, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı-Qobustan: Abşeron rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Qobustan-Şamaxı-Muğanlı: Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı-Ağsu-Yevlax: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Bakı-Ələt-Hacıqabul: Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Hacıqabul-Ucar-Yevlax: Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax-Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı-İsmayıllı: Yağıntı yoxdur, 4 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

İsmayıllı-Qəbələ-Oğuz-Şəki: İsmayıllı və Qəbələ rayonları ərazisində axşam saatlarında 6-8 sm qar yağmış, yolda qar yoxdur, 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəki-Qax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi: Marşrut boyu yağıntı yoxdur, 1-2 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax-Şəki (Göybulaq): Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Gəncə-Daşkəsən-Xoşbulaq: Yağıntı yoxdur, yolun bəzi hissələrində buzlaşma əmələ gəlmiş, qum-duz səpilmişdir. Şaxta 12 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Şəmkir-Gədəbəy: Yağıntı yoxdur, yolun bəzi hissələrində buzlaşma əmələ gəlmiş, qum-duz səpilmişdir. Şaxta 10-12 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi: Marşrut boyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Masallı-Yardımlı: Səhər saatlarından Yardımlı rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Lənkəran-Lerik: Səhər saatlarından Lerik rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul-Bəhramtəpə-Horadiz: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

www.yenicag.az

853
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv