Reklam

Reklam

Bakıda sərxoş vəziyyətdə ağır yol qəzası törədən Elvin Adıgözəlovun Dövlət Gömrük Komitəsində vəzifə sahibi olan Nüsrət Adıgözəlovun oğlu olduğu bildirilir.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəisi Natiq Axundov hadisə ilə bağlı Yenicag.az-a  açıqlama verib:

“Dövlət Gömrük Komitəsində Nüsrət Adıgözəlov adlı şəxs işləmir. 2017-ci ilin noyabrında da belə bir hadisə baş verdi, yol qəzası törədən şəxsin atasının həmin vaxt Dövlət Gömrük Komitəsində çalışdığı barədə məlumatlar yayıldı. Biz onda da açıqlama verdik ki, həmin adda şəxs qurumda fəaliyyət göstərmir. Görünür kimsə sensasiya yaratmaq naminə Dövlət Gömrük Komitəsinin adını hallandırır”.

Xatırladaq ki, “10-LJ-600” dövlət qeydiyyat nişanlı BMW markalı avtomobilin sahibi Adıgözəlov Elvin Rəşid Behbudov küçəsində yüksək sürətlə hərəkətdə olarkən, işıqforun qırmızı işığından keçib.
Nəticədə, onun 28 May küçəsindən gələn Əsgərov Elvin Əsgər oğlunun idarə etdiyi “Nissan Sunny” markalı avtomobil onun maşınına çırpılıb. BMW-də olan sərnişinlərdən biri ağır xəsarət alıb. Hadisə şahidlərinin sözlərinə görə, BMW-nin sürücüsü E.Adıgözəlov sərxoş vəziyyətdə olub.
Qeyd edək ki, xəbəri «Report» yayıb.

Cəvahir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2906
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."