!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AWWA ölkəmizdə peşəkar estetik təhsil proqramlarına başlayır - FOTO

!Reklam – Yazi

Bu gün “Holiday INN” Otelində AWWA – Aesthetic & Wellness World Academ-nin (Estetik və Sağlamlıq Dünya Akademiyası) təşkilatçılığı ilə AESTHETICAL (ESTETİK) italyan peelinqlərinin innovativ xəttinin təqdimatı ilə bağlı seminar keçirilib. Seminarda bildirilib ki, yanvarın 18-dən AWWA ölkəmizdə peşəkar təhsil proqramlarına başlayacaq. Bu proqramlar çərçivəsində göstərilmiş ixtisaslar üzrə təhsil almaq mümkün olacaq. Bu təhsil proqramları Azərbaycan Təhsil Nazirliyi, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

AWWA – Aesthetic & Wellness World Academ-nin rəhbəri Həcər Cəfərova vurğulayıb ki, dövlət qurumları ilə dövlət-özəl tərəfdaşlığı formatında əlaqələr, peşə təhsili olan vətəndaşları estetik təbabətdə işə cəlb etməklə yanaşı, yerli əmək bazarının potensialını daha da gücləndirəcək.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, AWWA-nın avropalı tərəfdaşları, həmçinin kosmetologiya və estetik tibb sahəsində aparıcı mütəxəssislər iştirak ediblər.

Qeyd edək ki, AWWA Azərbaycanda estetika və SPA sənayesi sahəsində mütəxəssislərin hazırlanması və peşəkarlığının artırılması üzrə aparıcı təşkilatdır. Böyük Britaniyada yaradılmış kosmetologiya, alternativ tibb və idman terapiyası sahəsində peşəkar ixtisasların aparıcı təchizatçısı olan Beynəlxalq Terapevtik İmtahan Şurası (ITEC) tərəfindən akkreditə olunub. Belə ki, tələbələrə verilən Diplomlar Azərbaycan ərazisində tam şəkildə tanınır və ITEC akkreditasiyası dünyanın 44 ölkəsində işlə təmin olunmaq imkanı yaradır.

Məlumat üçün deyək ki, 2021-ci ildən başlayaraq Azərbaycan qanunvericiliyində kosmetologiya və SPA sənayesi sahəsində ixtisas standartları müəyyən edilib. Nazirlər Kabinetinin 31 oktyabr 2021-ci il tarixli qərarına əsasən, kosmetologiyada kosmetoloq-texnik, kosmeçevt və masajçı kimi ixtisaslar yaradılıb. Bazar şəraiti işəgötürənləri ixtisasları bu standartlara tam cavab verən mütəxəssislərə müraciət etməyə sövq edir.

www.yenicag.az

333
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv