!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AXC dövründə tədavüldə olan pul cəmi 40 manata satıldı - FOTO

!Reklam – Yazi

Azərbaycan Xalq Cümhuriyyətinin dövründə tədavüldə olan pul əsginasları hərracda satılıb.

Sosial şəbəkədə təşkil olunmuş hərrac mayın 4-ü 23:00-da başa çatıb. İlkin qiymət olaraq beş manat məbləğ təyin olunmuş hərracda 1919-cu ildə çap olunmuş 250 manatlıq əsginas cəmi 40 manata satılıb.

Üzərində Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə və xalq maarifi naziri Nəsib bəy Yusifbəylinin imzası olan sözügedən əsginasla yanaşı, həmçinin hərracda Azərbaycanda Sovet hakimiyyəti yarandığı ilk dövrdə tədavülə buraxılmış 1000 manatlıq əsginas da satılıb.

Maraqlıdır ki, cümhuriyyət dönəminə aid 250 manatlıq əsginas 1000 manatlıq əsginasdan cəmi 10 manat artıq qiymətə satılıb. Başqa sözlə, 1000 manatlıq əsginası alan şəxs onun üçün 30 manat ödəməli olub.

Hər iki əsginası eyni şəxsin əldə etdiyi bildirilir.

Oxu.az

www.yenicag.az

426
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv