!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Axmaq De Byazidir, onun atasıdır” – Aqil Abbas

!Reklam – Yazi

“Eddi İsrafilova göstərilən qırmızı vərəqəni AFFA De Byaziyə göstərməlidir”.

Bu fikirləri Azərbaycanın futbol yığmasının baş məşqçisi Canni De Byazinin ötən gün Belçikaya 0-5 hesablı məğlubiyyətdən sonra Azərbaycan jurnalistlərini aşağılamasına sərt təpki göstərən millət vəkili Aqil Abbas Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, AFFA yarıtmaz baş məşqçiyə “qırmızı vərəqə” göstərməlidir:

“Əslində, günah De Byazidə yox, onu milliyə baş məşqçi gətirənlərdə, yarıtmaz adamı uzun müddət bu vəzifədə saxlayanlardadır.

Hesab edirəm ki, dünənki oyunda Eddi İsrafilova göstərilən qırmızı vərəqəni AFFA De Byaziyə göstərməlidir. O artıq bu vəzifədə qala bilməz.

Baş məşqçi həmin ifadələrlə tək jurnalistləri yox, bütün xalqı təhqir edib. Mən də deyirəm ki, Axmaq De Byazidir, onun atasıdır”.

Yusif Səmədzadə

www.yenicag.az

252
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv