!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Axmat” və “Vaqner” Zelenskini HƏDƏLƏDİ: “Artıq arxanca gəlirik”

!Reklam – Yazi

“Axmat” qrupunun lideri Apti Alaudinov “Vaqner” ilə birlikdə Zelenskiyə müraciət edib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya telqeram kanalları məlumat yayıb.

“Kiyevə girişləri nə qədər müdafiə etsən də, əllərinlə prezident kreslosundan nə qədər yapışsan da.., gecdir.

Artıq sənin dalınca gəlirik. “Vaqner”in bütün elitası və bölmələrinin rəhbərləri “Axmat” qrupuna qoşulublar.

Səni necə sıxdıqlarını xatırla və indi biz onlara daha çox kömək edəcəyik.

Bu gün saat 20:00-da Kiyevə ilk hücum başlayır və biz ən azı bir tərəfi alacağıq.

Bilirəm ki, sən qorxursan, kəşfiyyat Ukrayna Silahlı Qüvvələrinin keçidlərə köçürülməsi barədə məlumat verib. Lakin sınmış tanklar və ac insanlar sənə kömək etməyəcək.

Gözlə və qorx, sənin taleyin artıq möhürlənib”, – müraciətdə deyilir.

Qeyd edək ki, müraciət yayıldıqdan bir müddət sonra silinib.

Xuraman Etibarlı

www.yenicag.az

117
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv