!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

!Reklam – Yazi

Beynəlxalq axtarışa verilmiş şəxs Moldovadan Azərbaycana ekstradisiya edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, qarşılıqlı əməkaşlıq çərçivəsində Babək Sultanovun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul edilib. O, Moldovada saxlanılaraq aprelin 19-da Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Qeyd edək ki, Babək Sultanov qabaqcadan əlbir olduğu bir qrup şəxslə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələri əldə edib saxlama və daşımaqda ittiham olunur. O, Qazax rayon polis şöbəsində istintaq olunan cinayət işi üzrə beynəlxalq axtarışa verilmişdi.

www.yenicag.az

182
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv