!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Axtarışda olan şəxs tapança satmaq istəyərkən saxlanıldı - FOTO

!Reklam – Yazi

Nəsimi rayonunda axtarışda olan şəxs “Makarov” tapançası satmaq istəyən zaman saxlanılıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirən əvvəllər məhkum olunmuş, müxtəlif cinayətlər törətməkdə şübhəli bilindiyi üçün axtarışda olan 1971-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Mübariz Mirzəyev saxlanılıb. Onun üzərinə baxış zamanı bir ədəd “Makarov” markalı tapança, beş ədəd patron və bir ədəd sandıqça aşkar edilərək götürülüb. M.Mirzəyev silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədilə özündə saxladığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

www.yenicag.az

316
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv