!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AY Partiya Başqanı KKTC-də ilk görüşə Baş nazirin müavini ilə başladı - FOTO

!Reklam – Yazi

Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bu gün Şimali Kipr Türk Respublikası (KKTC) Baş nazirinin müavini, İqtisadiyyat və enerji naziri, Yenidən Doğuş Partiyasının Başqanı Erhan Arıklı ilə görüşüb.

Görüşdə AY Partiya Başqanının I müavini, İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Başqan müavini Gülşən Hacıyeva iştirak ediblər.

Anar Əsədli AY Partiya haqqında məlumat verərək, KKTC-yə səfərin məqsədi barədə danışıb. AY Partiya Başqanı ölkələrimiz arasında münasibətlərə toxunaraq, əlaqələrin inkişaf perspektivləri haqqında fikirlərini bölüşüb. O, iki ölkənin siyasi partiya və QHT-i arasında münasibətlərin yox səviyyədə olmasını dilə gətirib, bu əlaqələrin qurulması istiqamətində fəaliyyətə başlamağıın vacib olduğunu deyib.

Görüşdə hər iki dövlətin problemləri geniş müzakirə edilib, bu problemlərin həlli üçün ölkələrin siyasi partiyalarının ortaq fəaliyyətinin vacibliyi vurğulanıb, atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb.

Anar Əsədli siyasi partiyaların dövlətin xarici siyasətində önəmli roluna diqqət çəkib.

Baş nazirin müavini qardaş Azərbaycandan güclü bir siyasi partiyanın KKTC-yə səfərini yüksək qiymətləndirib, bu dəstəyin böyük önəmi olduğunu bildirib. O qeyd edib ki, əvvəllər Qarabağ problemindən dolayı Azərbaycanın KKTC-ni tanıması mümkün deyildi.

İndi bu problem olmadığından KKTC-nin tanınması məsələsi gündəmə gətirilə bilər.

Görüşdə iki ölkə arasında əlaqələrinin inkişafı ilə bağlı digər məsələlər müzakirə olunub.

AY Partiya Başqanı Anar Əsədli Erhan Arıklıya Azərbaycan bayrağı və Qarabağ zəfərinin simvolu olan “Xarı bülbül” nişanı, Erhan Arıklı isə AY Partiya Başqanına köhnə Lefkoşanın qapısının tablosunu təqdim edib.

www.yenicag.az

293
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv