Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

AY Partiya Başqanı Türkiyə Siyasi və Strateji Araşdırmalar Vəqfinin Başqanı ilə görüşdü

Azərbaycan Yüksəliş (AY) Partiyasının Başqanı Anar Əsədli Ankarada Türkiyə Siyasi və Strateji Araşdırmalar Vəqfinin Başqanı Sinan Dəmirtürklə görüşüb.

Görüşdə AY Partiya Başqanının Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Başqanın müavini Elşad Abdullayev və Başqanın məsləhətçisi Rza Heyət iştirak ediblər.
Anar Əsədli partiyanın müvafiq orqanları tərəfindən aparılan araşdırmalar haqqında danışıb və qeyd edib ki, prioritet istiqamətlərdən biri Türk Dünyasının strateji inkişafının modelləşdirilməsi və proqnozlaşdırılmasıdır. Bu mənada Qarabağ savaşında əldə olunan zəfər nəticəsində regionda çox əhəmiyyətli dəyişikliklər olacaq.

Sinan Dəmirtürk Vəqfin fəaliyyəti haqqında məlumat verib və bildirib ki, Azərbaycanın region üçün əhəmiyyəti heç bir ölkə ilə müqayisə oluna bilməz. Ona görə də bütün sahələr üzrə Azərbaycanın inkişafı həm qonşu ölkələrin, həm də sülhün təminatı üçün vacibdir.

Hər iki tərəf müvafiq məsul şəxslər səviyyəsində münasibətlərin daimi xarakterdə olması üçün belə görüşlərin əhəmiyyətini vurğulayıb.

Görüşün ardınca Vəqfin iclas zalında regiondakı vəziyyətə dair təhlil və müzakirə aparılıb. Dəyirmi masa formatında keçirilən iclasda AY Partiya sədri bir neçə sual ilə əlaqədar partiyanın mövqeyini açıqlayıb. Azərbaycanın daxili və xarici siyasətindən danışan Anar Əsədli ölkələrimizin bir-birinə ehtiyacı olduğu kimi, təcrübə mübadiləsinin də vacibliyini vurğulayıb.

Sinan Demirtürk isə Orta Asiya ilə Türkiyə arasında Azərbaycanın geostratejik önəminə diqqət çəkib. Bir sıra ölkələrin Azərbaycan ilə Türkiyənin birgə fəaliyyətindən narahat olduğunu deyən Vəqf Başkanı Azərbaycanda sivil cəmiyyət qurucuuğunda siyasi partiyaların əvəzsiz rolunu da dilə gətirib.

Bu gün həm də AY Partiyası Başqanının Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov Ankarada Böyük Birlik Partiyası Başqanının Türk Dünyası üzrə müavini Əli Kəsərlə görüşüb.
Görüşdə AY Partiya Başqanının İdeologiya və Türk Dünyası ilə əlaqələr üzrə müavini Elşad Abdullayev, teleaparıcı Aybəniz Kuzəçi də iştirak edib.

Görüş zamanı Azərbaycan və Türkiyənin siyasi partiyalarının əlaqələrinin inkişafına dair müzakirələr aparılıb.

Qeyd olunub ki, hər iki partiya Türk Dünyası ilə əlaqələrə böyük əhəmiyyət verir. Xalqlarımızın təhlükəsizliyi üçün Azərbaycanla Türkiyənin hər sahədə bir-biri ilə inteqrasiya aparmasının vacibliyini dilə gətirən tərəflər razılığa gəlib ki, bundan sonra partiya başqanları səviyyəsində daha geniş görüş keçirsinlər.

Loading...

www.yenicag.az

153