!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AY Partiya Başqanı və VİP Sədri arasında görüş - FOTO

!Reklam – Yazi

AY Partiya Başqanı Anar Əsədli bu gün Vətəndaş və İnkişaf Partiyasının (VİP) Sədri Əli Əliyev ilə görüşüb.

Yenicag.az xəbər verir ki, görüşdə AY Partiya Başqanının Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Başqanın müavini Elşad Abdullayev, Baş Məclisin sədr müavini Rəqibə İsbiyeva, Məclis Üzvü Əlöfsət Xalıqverdiyev, Gənclər Təşkilatı rəhbəri Turac Hacızadə, üzvü Ruhəngiz Cəfər, VİP Sədrinin siyasi işlər üzrə müavini Ağalı Qaçayev, Qadınlar Komitəsinin sədri Dilgüşə Gülümcan, Gənclər təşkilatının sədri Zaur Qasımov, Sədrin müşaviri Güloğlan İsgəndərli iştirak ediblər.

Anar Əsədli heyət üzvlərini tanıtdıqdan sonra partiyanın quruluş məqsədi və yaxın gələcəyə aid planları haqqında məlumat verib.

Gündəmdəki məsələlərə toxunan AY Partiya Başqanı partiyalar arasında əlaqələrin və əməkdaşlığın vacibliyinə diqqət çəkib. O bildirib ki, Azərbaycan siyasətçilərinin və partiyalarının arasında daimi fəaliyyət göstərən platforma qurulması faydalı olar. İqtidar ilə müxalif arasında dialoqa önəm verməklə yanaşı, müxalifət daxilində də dialoqun yüksək səviyyədə olmasını arzuladığını əlavə edən Anar Əsədli partiyalar ilə görüşlərin keçirilməsinin bundan sonra daimi iş planının bir parçası olacağını vurğulayıb.

VİP Sədri qeyd edib ki, dürüst və səmimi siyasət yeridən, mənsub olduğu düşərgənin dəyərlərinə əhəmiyyət verən hər bir siyasi partiya ilə əlaqələrə müsbət baxırlar.

AY Partiyanın yeni yaranan təşkilat olduğunu deyən Əli Əliyev bildirib ki, partiyalar prinsiplərindən güzəştə getməməlidir.

Əli Əliyev qeyd edib ki, partiyaların əməkdaşlığı cəmiyyətlə yanaşı partiyaların özünə də lazımdır.

www.yenicag.az

738
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv