!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AY Partiya Başqanı “Yeni Çağ”ı təbrik etdi

!Reklam – Yazi

Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli “Yeni Çağ” Media Qrupunun 15 illiyi münasibətilə şirkətin Baş direktoru Aqil Ələsgərə təbrik məktubu göndərib.

Yenicag.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Aqil bəy!

Sizi və “Yeni Çağ”ın kollektivini “Yeni Çağ” saytının fəaliyyətə başlamasının 15-ci ildönümü münasibətilə təbrik edirəm.

Azərbaycan mediasında xüsusi yeri və çəkisi olan “Yeni Çağ” fəaliyyətə başladığı ilk gündən Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında olan yeniliklərlə yanaşı, dünyada baş verən maraqlı xəbərləri də operativ və obyektiv şəkildə oxuculara çatdırdığı üçün geniş izləyici auditoriyası toplaya bilib.

Ölkənin və dünyanın bir sıra qabaqcıl media qurumları ilə əməkdaşlıq edən “Yeni Çağ”ın ən böyük uğurlarından biri də mütəmadi olaraq, yeni və aktual layihələri həyata keçirməsidir.

Başda Siz olmaqla, saytın bütün kollektivini təbrik edir, daha böyük uğurlar diləyir, davamlı və uzunömürlü olmasını arzulayıram.

Hörmətlə, Anar Əsədli

Azərbaycan Yüksəliş Partiyasının Başqanı”

www.yenicag.az

535
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv