Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

AY Partiya “Yeni Çağ” Media Qrupunu təbrik etdi

Azərbaycan mediasında xüsusi yeri və çəkisi olan “Yeni çağ” saytının fəaliyyətə başlamasından 14 il ötür.

Fəaliyyətə başladığı ilk gündən Azərbaycanın ictimai-siyasi, siyasi, sosial-iqtisadi və mədəni həyatında olan yeniliklərlə yanaşı, dünyada baş verən maraqlı xəbərləri də operativ və obyektiv şəkildə oxuculara çatdıran “Yenicag.az” bu səbəbdəndir ki, geniş izləyici auditoriyası toplaya bilib.

“Yeni Çağ” Media Qrupunun Azərbaycan türkcəsi ilə yanaşı, Türkiyə türkcəsində (Yenicag.info) və rus (Yenicag.ru) dillərində versiyaları, Yenicag.tv Video Portalı da fəaliyyət göstərir.

Ölkənin və dünyanın bir sıra qabaqcıl media qurumları ilə əməkdaşlıq edən “Yeni çağ” daim yeni və aktual layihələr həyata keçirir.

Azərbaycan Yüksəliş Partiyası fəaliyyətə başlamasının 14-cü ildönümü ilə əlaqədar başda Media Qrupun rəhbəri Aqil Ələsgər olmaqla, saytın bütün kollektivini təbrik edir, daha böyük uğurlar diləyir, davamlı və uzunömürlü olmasını arzulayır.

www.yenicag.az

224
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100