!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ay tutulması olacaq: Bu bürcün NÜMAYƏNDƏLƏRİ... – ARAŞDIRMA

!Reklam – Yazi

Sabah Avropa, Asiya, Afrika və Antraktida qitələri ətrafında ay tutulması (Ay tutulması o zaman baş verir ki, Ayın dolun Ay fazası onun orbitinin düyünlərindən birinə və ya yaxınlığına təsadüf etsin – red). olacaq. Ay tutulmaları astroloji proses olduğuna görə bürclər üzərindəki təsiri danılmazdır.

Bəs sabahkı tutulma hansı bürclərə təsir edəcək? Ümumiyyətlə bu cür astroloji proseslərin bürclərlə əlaqəsi nədir?

Yenicag.az sözügedən bürcləri təqdim edir.

Əqrəb bürcləri üçün bu proses çətin olacaq. Çünki onlar üçün hər şey ya ağdır, ya qara. Dəqiq olmayan nüansları sevmirlər. Ay tutulması ərəfəsində gərgin ola bilərlər.

Buğa bürcləri sabah daha şən olacaq. Həyatları ilə bağlı vacib qərarlar ala bilərlər.

Dolça bürclərinin əhvalı dəyişkən olacaq. Həmçinin, bu bürcün nümayəndələri də sabah qərar verməkdə çətinlik çəkə bilərlər.

Qoç bürcləri emosional cəhətdən əziyyət çəkəcək. Bundan əlavə, sevgi münasibətlərində də müəyyən çətinliklərlə üzləşə bilərlər.

Astroloji inanclara görə, planetlər və ulduzlar kimi səma cisimlərinin mövqeləri, bürcdən asılı olaraq insanların həyatına və şəxsiyyətlərinə təsir edir. Məsələn, qərb astrologiyasında hər bir bürc müəyyən elementlərlə (od, torpaq, hava, su – red) əlaqələndirilir.

Qeyd edək ki, astrologiya insan davranışını proqnozlaşdırmaq və ya başa düşmək üçün elmi cəhətdən təsdiq edilmiş bir üsul deyil və astroloqların iddialarını dəstəkləmək üçün heç bir empirik dəlil yoxdur.

Şahanə Paşa                                 

www.yenicag.az

451
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv