!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ayaz Mütəllibov prezident olaraq ozamankı Azərbaycan üçün yaramırdı” – Siyasi xatirə / VİDEO

!Reklam – Yazi

“Amma çox yaxşı prezident olaraq öz yerində idi, iqtisadiyyatı gözəl bilirdi”.

Bu fikirləri ötən gün vəfat etmiş Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovu insan və siyasətçi kimi dəyərləndirən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, sabiq dövlət başçısı bütün bacarığını bu ölkənin inkişafına sərf etməyə hazır insan olaraq xatırlanacaq:

“Ayaz Mütəllibov Azərbaycan tarixinə ölkənin ilk prezidenti olmuş şəxs kimi düşəcək. Çox gözəl insan, demokratik ruhlu siyasətçi idi. Bütün bacarığını bu ölkənin inkişafına sərf etməyə hazır insan olaraq xatırlanacaq.

Sadəcə o, vaxtından əvvəl prezident olmuşdu. Mütəllibov ozamankı Azərbaycan üçün yaramırdı. Amma çox yaxşı prezident olaraq öz yerində idi, iqtisadiyyatı gözəl bilirdi.

Açığı, mən onda bir siyasətçi kimi hiyləgərlik görmədim. Allah rəhmət eləsin”.

A.Zeynalov

www.yenicag.az

1100
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv