!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ayaz Salayev üçün Rasim Balayev “BARYERİ”: “Sabah AzTV-də çəkilişim var, orada olacam”

!Reklam – Yazi

“Balayevin vaxtilə mənim haqqımda mətbuata dediklərini oxuyub nəticə çıxarın”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ)-nin katibi, Əməkdar incəsənət xadimi, rejissor Ayaz Salayev təmsil etdiyi qurumla Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sabah keçiriləcək birgə konfransına qatılmayacaq.

Bunu Ayaz Salayevin özü Yenicag.az-a açıqlamasınqda deyib.

O, bu qərarının səbəbini belə izah edib: “Sabah AzTV-də çəkilişim var, orada olacam”.

Lakin qeyd edək ki, bir müddət öncə rejissor saytımıza verdiyi aıçqlamada “Əgər birləşmə olarsa, mən təşkilatda qalmayacağam”, – deyə qəti mövqe bildirmişdi. Ayaz Salayev iki təşkilatın birləşməsinə qarşı çıxmasını Xalq artisti Rasim Balayevlə olan münasibəti ilə əlaqələndirmişdi:

“Siz, Balayevin vaxtilə mənim haqqımda mətbuata dedikləri, “Bu yaşa gəlmişəm. Həyatda çox az şeyə təəssüf etmişəm. Mənim həyatda ən böyük səhvim “Yarasa” filminə çəkilməyimdir. Bunu özümə heç zaman bağışlamayacam. Çünki yola çıxanda da bilməlisən ki, kiminlə yoldaşlıq edəcəksən. Ayaz dinini və dilini dəyişmiş biridir. Onun azərbaycançılığa antipatiyası var və bunu heç zaman gizlətmir”, – sözlərini oxuyub nəticə çıxarın.

İndi özünüz deyin, bu adamla eyni təşkilatda ola bilərəm, ya yox? Şəfiqə Məmmədova ilə Rasim Balayevin səviyyəsini müqayisə edin və nəticə çıxarın”.

Mövzuya aid link:

Ayaz Salayevdən Rasim Balayevə SƏRT SÖZLƏR: “Şəfiqə Məmmədova ilə onun səviyyəsini müqayisə edin”

Cəvahir

www.yenicag.az

432
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv