!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aydandan ONU ÜZƏNLƏRƏ: “Allah bilir, onu yazanlar özləri nə gündədir”

!Reklam – Yazi

“Allah bilir, onu yazanlar özləri nə gündədir”

Yenicag.az-a açıqlamasında gənc aktrisa Aydan Ağayeva sosial şəbəkələrlə bağlı fikirlərini bölüşərkən belə deyib.

“Sosial şəbəkə hesabınızda paylaşımlarınız zamanı şərh bölümünü bağlı saxlayırsınızmı?” sualını cavablandıran aktrisa əvvəllər paylaşımları zamanı ona yazılan mənfi rəylərə görə üzüldüyünü və buna görə bəzən rəy bölümünü bağladığını deyib:

“Həmişə istəyirəm ki, sosial şəbəkə paylaşımlarımda rəy bölməsi açıq olsun. Əgər bu ölkədə tanınan simasansa, insanlar sənin paylaşımlarına öz rəylərini yazıb, açıq şəkildə fikir bildirə bilərlər. Amma bəzən görürəm ki, bir çox tanınmışlar rəy bölümünü bağlı saxlayır. Onları heç qınamıram da. Çünki bunun üçün onların öz səbəbləri var. Özümdə də belə hal olur. Məsələn, ürəyim istəyir, bəyəndiyim qısa ətəkdə, ya sinəsi açıq, dekolte geyimlərdə olan hansısa bir fotomu paylaşıram. Amma rəy bölümünü bağlayıram. Çünki bilirəm ki, dərhal neqativ fikirlər yazılacaq, həmin şəkillərim qalacaq bir qıraqda, başlayacaqlar məni müzakirə etməyə, ürəkbulandıran rəylər və s… Bunları oxuyub qanımı qaraltmaq istəmirəm. Amma ümumi olaraq rəy bölümüm açıq qalır. Hətta pis nələrsə yazılanda belə onları silmirəm.

Deyim ki, indiyə qədər təhqiramiz rəylər olmayıb, amma arada neqativ nələrsə yazılır. Əvvəllər bunu çox fikir edirdim, üzülürdüm, dərd çəkirdim. Hətta serialımız “YouTube”a qoyulanda belə dərhal izləyirdim ki, görüm, nə yazıblar. Yazılanda ki, pis oynayır, yaxud da görünüşümlə bağlı rəy görəndə çox pis olurdum. Sonradan dəyişdim, indi bəzi rəyləri oxuyuram, bəzilərini heç oxumuram. Allah bilir, onu yazanlar özləri nə gündədir”

Cəvahir

www.yenicag.az

1120
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv