!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aydın Sanidən xanım müğənnilərə SƏRT İSMARIŞ: “Pijama”da efirə çıxmaq...”

!Reklam – Yazi

“Sabah da adamın yanından elə keçirlər, sanki alçaq dağları bunlar yaradıb”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Aydın Sani “Tarixin bir günü” verilişində deyib.

Sənətçi geyimini bilməyən xanım müğənnilərlə bağlı qalmaqallı fikirlər səsləndirib:

“Pijama”da efirə çıxmaq nə deməkdir? Camaat zibilini atmaq üçün bloka belə o geyimlə çıxmır.

Sən xalqımın düşüncəsi ilə oynayırsan? Bunu deməliyk. Sonra adama deyirlər, sən niyə susursan? Axı sənin danışmaq haqqın var.

Bir az özünüzə gəlin, özünüzü yığışdırın. O qədər ədəbi-əxlaqı ilə seçilən xanım müğənnilərimiz var ki…

Mən hərdən onları qınayıram. Deyirəm, siz meydanda deyilsiniz, meydanı vermisiniz onlara.

Onlar da hoppanıb-düşürlər, gündəmə gəlirlər. Sabah da adamın yanından elə keçirlər, sanki alçaq dağları bunlar yaradıb”.

Nehru

www.yenicag.az

414
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv