!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aygün Attar "Anadolu atəşi"ni boykota çağırdı: "Matəm yaşadığımız günlərdə oynamaq nədir?" - FOTOLAR

!Reklam – Yazi

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADEV) sədri Aygün Attar “Anadolu atəşi”nin fevralın 19-da Bakıda keçiriləcək konsertilə bağlı çağırış edib.

Yenicag.az xəbər verir ki, “Anadolu atəşi” rəqs qrupu fevralın 19-da Bakıdakı “Kristal Zalı”nda konsert proqramı ilə çıxış edəcək.

Türkiyədə baş verən zəlzələdə 40 mindən çox insanın həyatını itirdiyini bildirən TADEV sədri Aygün Attar sözügedən konsertin boykot edilməsi yönündə çağırış edib.

Sosial media hesabında paylaşım edən Attar proqramın təşkilatçılarını və qrupu sərt tənqid atəşinə tutub. Böyük fəlakətlə üzləşən Türkiyənin və onun acısını paylaşan Azərbaycanın yas saxladığı bir vaxtda belə konsert proqramının təşkil edilməsinin “ayıb” və “günah” olduğunu vurğulayan TADEV sədri iki ölkənin də vətəndaşlarını proqrama etiraz etməyə səsləyib.

“Matəm yaşadığımız günlərdə oynamaq nədir?” – deyə qeyd edən Attar hökumətlərə də çağırış edərək proqramın ləğv olunmasını tələb edib.

Fotoları təqdim edirik:

www.yenicag.az

427
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv