!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aygün Bəylərin Ankarada dostuna SON SÖZÜ: “Ağlayaraq dedi ki, hər şey bitir, artıq...”

!Reklam – Yazi

“Ona qabaqcadan dedim, gəl bu konserti təxirə salaq, səhhətinə ziyan vuracaqsan”.

Bu sözləri ötən gün Ankarada xərçəngdən müalicə olunduğu xəstəxanada dünyasını dəyişən Əməkdar artist Aygün Bəylərin yaxın dostu və Avropa üzrə prodüseri Sultan Mustafayev Yenicag.az-a açıqlamasında deyib.

O, Ankarada dostunun sonuncu dəfə ona dediyi sözləri xatırlayaraq göz yaşı töküb:

“Aygünlə son görüşümüz iki gün əvvəl oldu. Yanvarın 2-dən Ankaraya müalicəyə getmişdi. Ona dedim, möhkəm ol, hələ bizim qabaqda görüləcək işlərimiz çoxdur, bu bir imtahandır, bu sınaqdan da mərdi-mərdanə çıxacaqsan. Ağladı və dedi, yox, bu imtahan o imtahanlardan deyil. Hər şey bitir, artıq sondur.

Bakıda konsertində də yanında idim. Ona qabaqcadan dedim, gəl bu konserti təxirə salaq, səhhətinə ziyan vuracaqsan. Dedi, yox, bu konsert mənim ən böyük arzumdur, çünki bilmirəm bundan sonra həyatda olacam, ya yox. Konsertdən sonra səhhəti daha da pisləşdi”.

Cəvahir

www.yenicag.az

791
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv