!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aygün: "Heç vaxt uşaqlarıma dayə tutmamışam, buna görə də..."

!Reklam – Yazi

“Heç vaxt uşaqlarıma dayə tutmamışam”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Aygün Şükürova “Bağ mövsümü” verilişində deyib.

O, uşaqlarına özü baxdığını, buna görə də bir müddət səhnə fəaliyyətinə fasilə verdiyini bildirib:

“Ailə, uşaqlara görə sənətimdə fasilələr oldu. Uşaqlarıma özüm baxmışam, heç kim kənardan kömək etməyib. Buna görə, tez-tez efirlərə çıxmamışam. Amma artıq uşaqlar böyüyüb. Onlar özləri mənə deyirlər ki, ana, niyə oxumursan. Artıq sənətimlə məşğulam, geri çəkilmək fikrim yoxdur. Dayanmıram, yalnız irəliyə doğru getməyi düşünürəm”.

O, sənət aləmində olan qısqanclıqlardan da danışıb:

“Bu sənət aləmi elədir ki, əgər güclü səsin və ümumiyyətlə, potensialın varsa, paxıllıqlar, qısqanclıqlar da olacaq. Bu, mütləq şəkildə belədir. Söhbət özümdən getmir. Mən bilmirəm, mənə qarşı paxıllıq hissləri var, ya yoxdur? Ümumiyyətlə, deyirəm. Amma, paxıl insan nə edirsə, özünə edir”

Nehru

www.yenicag.az

415
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv