Xalq artisti Aygün Kazımova səhnə fəaliyyətinin 30 illiyinə həsr olunan konsertlə bağlı mətbuat konfransı keçirib.
Yenicag.az xəbər verir ki, illərin sənətçisi jurnalistlərlə görüşə makiyajsız halda qatılıb. Pop-diva eyni zamanda, yeni görünüşü ilə də diqqət çəkib.
O, bu görkəminə qovuşmaq üçün 8 ay mübarizə apardığını deyib:
“8 ay ciddi-cəhdlə çalışdım ki, sizin qarşınıza bu halda çıxa bilim. Pəhriz, idman və daha nələrlə əlləşərək, istədiyim çəkiyə nail oldum”.
Cəvahir
Foto: Emin