!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aygün Kazımova “Parol”la ZİRVƏDƏ: Mahnı izlənmə rekordu qırır

!Reklam – Yazi

Xalq artisti Aygün Kazımovanın “Parol” mahnısı “Apple Music Azerbaijan” və ”Yandex Music”də birinci olub.

Yenicag.az xəbər verir ki, bir neçə ay əvvəl işıq üzü görən bəstə “YouTube”da 5 milyondan çox izlənilib.

Son günlər hitə çevrilən “Parol” bütün musiqi platformalarını zəbt edib. Bununla yanaşı pop-divanın “Qorxuram” və “Vəfasızlar” mahnısı “Apple Music Azerbaijan”da ilk onluqdadır.

“Yenə tək”, “Ağlasın”, “Bağlanıram” da ən çox dinlənən mahnılar sırasına daxil olub. Xalq artistinin 7 il əvvəl müğənni Samir Piriyevlə oxuduğu “Ağlasın” mahnısı həm də bu günlərdə “TikTok”da ən çox video çəkilən kompozisiya olub.

Qeyd edək ki, “Parol”un musiqisi Kazımcana, sözləri Orxan Qarabasmaya məxsusdur.

Cəvahir

www.yenicag.az

703
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv