Aygün ona dəstək olan şəxsin adını açıqladı – VİDEO

Çoxdandır görünməyən xalq artisti, pop-diva Aygün Kazımova xalq artisti Mübariz Tağıyevin Heydər Əliyev adına sarayda keçirilən yubiley gecəsinə qatılıb. O, səhnəyə çıxaraq, gecəyə musiqisi ilə rəng qatıb.

Yeniçag.az xəbər verir ki, M.Tağıyev Aygünlə ilk tanışlığını xatırlayıb:

“O vaxt mən də cavan idim. Televiziyada işləyirdim, otağa gənc, model kimi bir qız daxil oldu. Dedi ki, müğənniyəm, adım Aygündür. O vaxtdan Aygün mənim dostum, bacımdır. Heç vaxt Aygünlə aramızda intriqa olmayıb”.

Aygün Kazımova M.Tağıyevin hər zaman ona dəstək olduğunu bildirib:

“Mübariz müəllim hər zaman sizə minətdar olmuşam. Mənə həmişə dəstək olmusuz. O vaxt Dövlət Televiziyasında çox məhdudiyyətlər vardı. Sizin dəstəyiniz bambaşqa idi və bu günə qədər də mənə dəstəyiniz davam edir”.

Daha sonra pop-diva sözləri Baba Vəziroğluna, musiqisi Mübariz Tağıyevə məxsus “Əleykum-salam” mahnısı ilə gecəni şərəfləndirib. O şou əhlinə söz də atıb:

“Şou-biznesdə salam problemi var, bu mahnı lap yerinə düşdü”.

Cəvahir

COP29