!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AYİB-dən QƏRAR - Moskva və Minskdəki ofislərini bağlayır

!Reklam – Yazi

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Moskva və Minskdəki ofislərini bağlayacaq.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə maliyyə təşkilatı bəyanat yayıb.

Bəyanatda bu qərar “Rusiya Federasiyasının Belarusun köməyi ilə həyata keçirdiyi tədbirlərin qaçılmaz nəticəsi” adlanır.

“AYİB Moskva və Minskdəki daimi nümayəndəliklərini bağlamaq prosesində olduğunu elan edir. Ofislərin bağlanması ilə bağlı qərar Rusiya Federasiyasının Belarusun köməyi ilə atdığı addımların qaçılmaz nəticəsidir.Biz Ukraynaya sarsılmaz dəstəyimizi ifadə etməyə davam edirik və artıq Ukrayna və müharibədən zərər çəkən digər ölkələr üçün ilkin 2 milyard avroluq yardım paketi barədə razılığa gəldik”, – deyə AYİB-dən bildirilib.

Qeyd edək ki, AYİB 2014-cü ildən bəri Rusiyada yeni layihələrə investisiya qoymur.

www.yenicag.az

588
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv