!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ayıbdır, bizim anamız belə görünə bilməz”: Başqırd fəal Putinə MÜRACİƏT ETDİ - VİDEO

!Reklam – Yazi

Başqırdıstanlı fəal Putindən Volqoqraddakı “Vətən” abidəsinin “abırını örtməyi” tələb edib.

Yenicag.az xəbər verir ki, Başqırdıstandan olan fəal Rəsul Axiyaretdinov Mamayev Kurqan üzərindəki memorial kompleksin əsas heykəli olan “Vətən çağırır!” əsərinin yenidən hazırlanmasına çağırıb.

O, Rusiya prezidenti Vladimir Putinə üz tutaraq Volqoqradda çox açıq və hətta təxribat xarakterli görünən abidəni “ört-basdır etməyi” tələb edib.

“Volqoqrad və Rusiya sakinləri adından bəyan edirəm ki, biz “Ana Vətən”in görünüşündən narazıyıq. Sizin və bizim anamız belə görünə bilməz”, – fəal deyib.

Rəsul abidənin “yersiz görkəmini” Sovet hökumətinin üzərinə qoyub. İctimai fəal heykəli birbaşa SSRİ hakimiyyətinin səhvlərindən biri adlandırıb.

Bundan sonra Volqoqrad və vilayət sakinləri fəalın yoxlanılmasını və cəzalandırılmasını tələb ediblər.

Həmçinin islamçı fəalın sözlərində radikal çağırışlar görüblər. Bəziləri əmindirlər ki, bunların arxasında Volqoqrad sakinlərinə şəriət ideologiyasını tətbiq etmək istəyi dayana bilər.

Xuraman Etibarlı

www.yenicag.az

149
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv