!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ayıların hücumunda sakinlər günahkardır" - İcra nümayəndəsi

!Reklam – Yazi

Şəki rayonu Baş Zəyzid kəndinə ayılar hücum etməyib.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Baş Zəyzid kəndi üzrə icra nümayəndəsi Ariz Əhmədov deyib.

İcra nümayəndəsi bildirib ki, mal-qaranın ayıların hücumuna məruz qalması sakinlərin səhlənkarlığının nəticəsidir: “Sakinlər heyvanları yiyəsiz buraxırlar. Bizim kəndin əsas örüş yeri də dağlıq ərazidir. Heyvanlar sahibsiz qalanda meşəyə gedir və meşədə də ayıların hücumuna məruz qalır. Dəfələrlə bu barədə sakinlərə xəbərdarlıqlar olunsa da, məhəl qoyan yoxdur”.

A.Əhmədov bildirib ki, məsələ ilə bağlı dəfələrlə Şəki şəhər Polis Şöbəsi tərəfindən sakinlərə xəbərdarlıq edilib: “Polis də, digər aidiyyəti qurumlar da sakinlərə müraciət ediblər ki, heyvanları sahibsiz buraxmayın. Bu cür hallar həm yollarda təhlükə yaradır, həm də heyvanlar ayıların hücumuna məruz qalır”.

www.yenicag.az

1440
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv