!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranla Ermənistanın Azərbaycana hücum İDDİASI: "Hər hansı basqının qarşısını almaq üçün..." - Polkovnikdən AÇIQLAMA

!Reklam – Yazi

“İran bilir ki, sabah Azərbaycana qarşı hansısa addım atsa, qarşısında qardaş Türkiyəni də görəcək”.

Bu fikirləri Ermənistanla İranın Laçın və Qubadlıya hücuma hazırlaşması ilə bağlı iddialara münasibət bildirən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Yenicag.az-a açıqlamasında səsləndirib.

Şair Ramaldanovon sözlərinə görə, Ermənistanla İranın birləşməsi heç bir məntiqə sığmır:

“İran və Ermənistan arasındakı münasibət qonşuluq siyasətinə istiqamətlənməyib. Onların münasibəti bölgədəki gərginliyi daha da artırmağa yönəlib. Mütəmadi olaraq İranla Azərbaycan arasındakı münasibətlər gah gərginləşir, gah da nizama düşür. Düşünürəm ki, Azərbaycan İranla münasibətləri qonşuluq səviyyəsinə gətirməyin yollarını tapacaq.

Ermənistanla İran niyə birləşsin? Ermənistanın, demək olar, heç nəyi yoxdur. Ermənistanın nə insan resursu, nə iqtisadi potensialı, nə silah sənayesi, nə də ki yetərli ordusu, silahı var. Bu cəhətdən baxsaq, İranın Ermənistanla birgə müttəfiq olub Azərbaycana qarşı hansısa addım atacağını düşünmürəm. Ermənistan güclü dövlət olsaydı, sadaladığım faktorlara sahib olsaydı və bunlar İranın gücünə güc qatsaydı, o zaman birləşmədən danışmaq olardı. İndiki məqamda Ermənistan ancaq İrana yamaq ola bilər.

İranda 40 milyon azərbaycanlı yaşayır. İranın hazırkı vəziyyəti, azərbaycanlılara qarşı münasibəti oradakı əhalini qıcıqlandırır. Belə olan halda, İranın Azərbaycana qarşı hansısa addım atması əhalinin rejimə qarşı çıxmasına gətirib çıxarar və bu zaman rejim özü məhv olar.

Qardaş ölkə Türkiyə Azərbaycanın yanındadır, Pakistanın bu məsələlərə münasibətini hər kəs bilir. Mənə elə gəlir ki, İranda da ağıllı adamlar var. Bunları götür-qoy edirlər. Gərginlik davam edir. Ermənistan Azərbaycanla İran arasındakı gərginlikdən istifadə etmək istəyir.

Qubadlı və Laçına hücum real görünmür. Azərbaycanın işğaldan azad olunmuş torpaqları mina sahəsidir. Orada əməliyyat aparmaq o qədər də asan deyil. Ola bilsin, Ermənistanın ürəyindən keçir, ancaq düşünmürəm ki, İran dövləti bu qədər ağılsız addım ata bilsin.

Azərbaycan Türkiyə ilə müttəfiq olaraq Azərbaycana qarşı hər hansı təxribatın, basqının qarşısını almaq üçün müəyyən addımlar ata bilər. Türkiyə ilə keçirilən birgə hərbi təlimlər də bunu göstərir. Bu, birinci növbədə, Ermənistana yox, İrandakı qaynar başları soyutmaq üçün atılan addımdır”.

Səxavət Məmməd

www.yenicag.az

977
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv