!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aytəkin: “O məndən qorxsun, mən ondan niyə qorxum ki…”

!Reklam – Yazi

“O məndən qorxsun, mən ondan niyə qorxum ki… Əksinə ondan güc alacam”.  

Bunu qarşıdan gələn pələng ilindən gözləntilərini dilə gətirərkən tannımış aparıcı Aytəkin Mərdanova Yenicag.az-a açıqlamasında deyib.

O, geridə qoyacağımız öküz ilinin həyatında qoyduğu izlərdən də danışıb:

“Öküz ili yadımda həyatımda düşərli il kimi qaldı, çünki öküz ili öz ilimdir. Bəzi tamamlanmamış işlərimi həyata keçirdim, il uğurlu, ruzili oldu. Düzdür, pandemiyaya görə sıxıntılar da istisna olmadı. Bu da təbiidir, hamıda olduğu kimi. Amma ümumilikdə öküz ili düşərli il kimi həyatıma yazıldı. Pələngdən gözləntilərim daha çoxdur.

Hesab edirəm ki, əla il olmalıdır. Ümmiyyətlə, heç nədən qorxan insan deyiləm. Eləcə də pələngdən. Bəziləri ilin hansı heyvan üstündə təhvil olacağına xüsusi fikir verir. O heyvandan qorxanlar da olur, əksinə güc alanlar da. Ola bilər kimlərsə, adına görə pələngdən qorxub çəkinsin. Amma mən hesab edirəm ki, pələng güclü, əzəmətli, sanballı, zəhmli heyvandır. Ondan qorxmaq yox, əksinə, güc almaq lazımdır. Belə də ki, o məndən qorxsun, mən ondan niyə qorxum ki…

Pələngdən bol enerji, əsas məsələ bol ruzi gözləyirəm. Sağlamlıq da çox önəmlidir. Pələng də möhkəm, qorxmaz sağlam heyvandır. İnşallah ki, il bərəkətli, sağlıqlı il olar. Nəhayət ki, pələng kimi güclü olub, bu koronavirusa qalib gəlib, onun kürəyini yerə vura bilərik. Öküz bunu bacarmasa da, pələngin ona gücü çatacaq”.

Cəvahir

www.yenicag.az

1713
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv