!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ayxan Hacızadə XİN və MN-in birgə brifinqinin məqsədini açıqladı

!Reklam – Yazi

“Bizim brifinqimiz Azərbaycanın antiterror tədbirləri nəticəsində qeyri-qanuni erməni hərbi birləşmələrinin ifşa edilməsi ilə əlaqədardır. Qeyd edim ki, Azərbaycan özünün suverenliyini bərpa edib”.

Yenicag.az-ın məlumatına əsasən, bunu Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə brifinqində XİN-in mətbuat katibi Ayxan Hacızadə deyib.

O bildirib ki, Ermənistan Azərbaycan ərazilərinə dövlətlərarası razılaşma olmadan qeyri-qanuni silah daşımalarını həyata keçirib.

“Azərbaycan Laçında sərhəd-buraxılış məntəqəsi qurana qədər Ermənistan təkcə silah tədarükünü həyata keçirmirdi. Ermənistan, eyni zamanda, Azərbaycan ərazilərində minalar basdırırdı. Biz beynəlxalq ictimaiyyətə üzləşdiyimiz çağırış barədə mövqeyimizi çatdırmışdıq”, – deyə Ayxan Hacızadə bildirib.
XİN rəsmisi qeyd edib ki, Azərbaycanın antiterror tədbirlərindən sonra Ermənistanın 2021-ci ildə istehsal olunmuş sursatları Qarabağda tapılıb.

Qeyd edək ki, brifinq Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik korpus və hərbi attaşelər üçün nəzərdə tutulub./oxu.az

www.yenicag.az

183
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv