!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Az iş, ÇOX QAZANC: Azərbaycanda 4 günlük iş rejimi tətbiq edilə bilər? - AÇIQLAMA

!Reklam – Yazi

“İş qrafiki ilə bağlı işə götürən və işçi arasında müqavilə əsasında razılaşmalar əldə edilə bilər”.

Bunu bəzi ölkələrdə tətbiq olunan 4 günlük iş qrafikinin Azərbaycanda da mümkün olub-olmamasını şərh edərkən iqtisadçı ekspert Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında deyib.

Ekspert işçi ilə işə götürən arasında müqavilə əsasında bu rejimin tətbiqini mümkün hesab edib:

“İqtisadiyyatı inkişaf etmiş ölkələrdə 4 günlük iş rejimi işçi ilə işə götürən arasında razılaşma əsasında həyata keçirilir. Azərbaycanda isə bu qrafikə keçidin mümkün olub-olmamasını zaman göstərəcək. Ölkəmizdə işsizlik səviyyəsi çox yüksəkdir. Eyni zamanda həmkarlar təşkilatlarınn fəaliyyəti arzuolunan deyil. Onlar işçilərin hüquqlarını müdafiə etməyə üstünlük vermir. Büna görə yaxın gələcəkdə bu modelin ölkəmizdə tətbiq olunmasına inanmıram. Ölkə konstitusiyasında və əmək məcəlləsində 5 və ya 6 günlük iş qrqfiki ümumi saat hesabı ilə hesablanır. İş qrafiki ilə bağlı işə götürən və işçi arasında müqavilə əsasında razılaşmalar əldə edilə bilər”.

Sadiq Cavadov 

www.yenicag.az

317
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv