!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Az qala kürəyi üstə yıxılacaqdım” – Paşinyan

!Reklam – Yazi

“Sənədlərə görə, bizdə hər şey qaydasındadır, müəyyən etmişik ki, bütün binalar əlillər üçün uyğunlaşdırılmalı və əlçatan olmalıdır. Amma bir çox hallarda praktikada problemlərlə qarşılaşırıq”.

Yenicag.az xəbər verir ki, bu sözləri Ermənistan hökumətinin iclasında Baş nazir Nikol Paşinyan deyib.

“İki gün əvvəl bir binada pandusla qalxmağa çalışdım, ancaq az qala kürəyi üstə yıxılacaqdım. Çünki pandusun bucaqları o qədər geniş idi ki, onu 4*4 ölçülü avtomobillə qalxmaq olardı. Və bu geniş yayılmış bir fenomendir. Pandus var? Bəli, əlbəttə, amma heç kim ondan istifadə etməyə çalışmayacaq. Əlilliyi olan şəxs pandusa qalxmağa çalışsa, pilləkənlərdən istifadə etməyin daha yaxşı olduğunu başa düşəcək”, – Paşinyan bildirib.

Qeyd edək ki, bugünkü iclas zamanı hökumət binasının işıqları da sönüb./Axar.az/

www.yenicag.az

204
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv