!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azad Azərbaycan" radiosunun yayımı dayandırıldı - SƏBƏB

!Reklam – Yazi

Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.

Şuradan Yenicag.az-a bildirilib ki, iclasda 15–22 aprel 2022-ci il tarixləri arasında ümumölkə yerüstü radio yayımçılarının proqramlarının monitorinqinin nəticələri müzakirə olunub.

20 aprel 2022-ci il tarixdə “Azad Azərbaycan” radiosunun efirində saat 19.00- 20.00 aralığında 13 dəqiqə 55 saniyə reklamın yayımlanması ilə “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 20.7-ci maddəsinin tələbinin pozulması faktı qeydə alınıb.

Bu səbəbdən, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 41.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Audiovizual Şurası “Azad Azərbaycan” radiosu proqramlarının yayımının 28 aprel 2022-ci il tarixdə saat 21.00-dan 24.00-dək 3 (üç) saatlıq dayandırılması haqqında qərar qəbul edib.

www.yenicag.az

408
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv