!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azad edilən ərazilərdə daha 51 mina aşkarlandı

!Reklam – Yazi

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Yenicag.az-a verilən məlumata görə, iyulun 4-dən 8-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 46, tank əleyhinə 5 mina və 264 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 586 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

www.yenicag.az

282
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv