!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ANAMA-dan AÇIQLAMA

!Reklam – Yazi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumat açıqlayıb.

ANAMA-dan Yenicag.az-a verilən məlumata görə, mayın 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Xocalı, Kəlbəcər, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 231, tank əleyhinə 359 mina və 1520 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bildirilib ki, 3 551, 86 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

www.yenicag.az

180
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv