!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azad edilən ərazilərdəki qəbiristanlıqlarla bağlı TƏKLİF

!Reklam – Yazi

“Təklif edirəm ki, mərhələli şəkildə dünyasını dəyişmiş məcburi köçkünlərin öz doğma yurdlarında minalardan təmizlənmiş ərazilərdə dəfninə şərait yaradılsın”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə qəbiristanlıqların bərpası prosesinə başlanılmalıdır:

“Bəzi qəbiristanlıqlarda sümüklər açıq-aydın ortada qalıb. Bu prosesi mümkün qədər sürətləndirməliyik”.

Deputat bildirib ki, bu gün ölkədə Böyük Qayıdış prosesi uğurla davam etdirilir:

“Bu gün hər bir məcburi köçkün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğı və diqqətini üzərlərində hiss edirlər”./report

www.yenicag.az

147
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv