!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azad edilmiş ərazilərə keçmək istəyən şəxslər yaxalandılar - FOTO

!Reklam – Yazi

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayonun işğaldan azad edilmiş ərazilərinə müvafiq icazəsi olmadan keçmək istəyən şəxslər saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağdam rayon sakinləri – Famil Kərimov, Tural Sadaylı və bir yetkinlik yaşına çatmayan şəxs rayonun Hacıməmmədli kəndi ərazisindən işğaldan azad edilmiş yerlərə daxil olmağa cəhd göstərərkən ərazidə xidmət aparan polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən saxlanılıblar.

Həmin şəxslərlə profilaktiki səpkidə söhbətlər aparılıb, ərazidə partlamamış hərbi vasitələr və minaların insan həyatı üçün təhlükəli olduğu izah edilib. Buna baxmayaraq onlar işğaldan azad edilmiş ərazilərə keçmək üçün cəhdlərini davam etdiriblər.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində hər üç şəxs saxlanılaraq RPŞ-yə gətirilib.

F.Kərimov və T.Sadaylının barələrində tərtib edilmiş protokollar baxılması üçün rayon məhkəməsinə göndərilib. Qərara əsasən onların hər ikisi də 20 gün müddətinə inzibati qaydada həbs olunub. Yetkinlik yaşına çatmayan bir nəfərə isə xəbərdarlıq edilərək ailəsinə təhvil verilib.

www.yenicag.az

660
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv