!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Azad edilmiş ərazilərimizin bərpası üzrə xüsusi əlaqələndirmə qərargahı yaradılıb”

“Müzəffər Ordumuz 30 ildən artıq işğalda qalan torpaqlarımızı Ali Baş Komandanın rəhbərliyi altında mənfur düşməndən azad etmişdir. Bu qələbənin nəticəsi olaraq cənab Prezidentin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərimizin bərpası üzrə xüsusi əlaqələndirmə qərargahı yaradılmışdır. Və bu çərçivədə bütün aidiyyatı, mərkəzi, yerli icra hakimiyyəti orqanları birgə , əlaqəli şəkildə fəaliyyət göstərərək bu ərazilərdə müvafiq bərpa-quruculuq işləri həyata keçirirlər. O cümələdən Ağdam rayonu da istisna deyil”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Prezidentin Ağdamda xüsusi nümayəndəsi Emin Hüseynov rayona səfər edən jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, cənab Prezidentin sərəncamı ilə bu günlərdə Ağdam rayonunun işğaldan azad edilmiş hissəsi və şəhərin mərkəzi olaraq xüsusi nümayəndəlik təsis olunub.

“İlkin olaraq Ağdamın tanınmış ziyalıları, ictimai xadimlərinin iştirakı ilə Ağdam şəhərinin baş planının təqdimatı keçirilib və bu təqdimatda şəhərin gələcək görkəmi haqqında çoxlu detallar müzakirə olunub. Eyni zamanda bir sıra ictimai, mədəni, dövlət obyektləininin təməlqoyma mərasimləri keçirilmişdir. Biz hazırda Pənahəli xanın imarətinə baxış keçirik. İlk dayanacaq nöqtəmizdir. Sözsüz ki, məqsədimiz odur ki, Azərbaycan ictimaiyyəti, media mənsubları tarixi mədəni irismizə vurulmuş bu ziyanı görsünlər, bədxah qonşularımızın apardıqları bu siyasətin nəticələrini, təzahürlərinin şahidi olsunlar. Burada dəymiş zərərin qiymətləndirilməsi gedəcək. Sonra Prezidentin tapşırığı ilə burada bütün mədəni tarixi irsimizin bərpası, restavrasiyası, gələcək nəsillərimizə qorunub saxlanılması ilə bağlı bütün zəruri tapşırıqlar icra ediləcək”, – deyə nümayəndə bildirib.

E. Hüseynov əlavə edib ki, Ağdam şəhərində böyük bir ərazi minalardan təmizlənib:

“Ərazilər təmizləndikcə yaşıl nişanlar qoyulur. Amma bu işlər hələ də, fasiləsiz olaraq davam etdirilir. Lakin şəhərdəki quruculuq işlərinə bu mane olmayacaq və işlər tam sürətlə həyata keçiriləcək. Məcburi köçkünlərin yerləşdirilməsi ilə bağlı xüsusi işçi qrupu fəaliyyət göstərir. Ən vacib prinsip ondan ibarətdir ki, bu bizim ümumi işimizdir. Hamı bir yerdə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməlidir”.

www.yenicag.az

274
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100